Ermənistan Təhlükəsizlik Şurasının katibi ABŞ-a gedəcək

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iyulun 4-də ABŞ-a gedəcək.

“Report” xəbər verir ki, məlumatı şura yayıb.

Səfər çərçivəsində A.Qriqoryan ABŞ Prezidenti Cozef Baydenin köməkçisi və milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və başqa yüksək vəzifəli rəsmilərlə görüşəcək.