Zelenskinin Ofisi: Vilnüsdə Ukraynanın NATO-ya üzvlüyü üçün “yaşıl işıq” yandırılmalıdır

Ukraynanın yaxın gələcəkdə NATO-ya üzv olacağı ilə bağlı bizə “yaşıl işıq” lazımdır.

APA xəbər verir ki, bunu Ukrayna Prezident Administrasiyasının rəhbərinin müşaviri Mixail Podolyak "Twitter"də bildirib.

O vurğulayıb ki, bu il Vilnüsdə keçiriləcək NATO sammiti məşhur Buxarest sammitindən bəri indiyə qədər keçirilən bütün zirvə toplantılarından daha vacibdir.

“Alyansın siyasi liderləri bu gün planet qarşısındakı qlobal və tarixi məsuliyyətlərini və indi onları diqqətlə izləyənlərin sayını anlamalıdır. Alyans Vilnüsdə bütün müttəfiqləri ruhlandıracaq və pis niyyətliləri ayıldacaq polad iradə, aydın birlik və mətanət nümayiş etdirməlidir. Buna parlaq çıxışlarla deyil, yalnız konkret qərarlarla nail olmaq olar: bizim üçün Ukraynanın yaxın gələcəkdə NATO-ya daxil olması üçün aydın “yaşıl işıq” yandırılmalıdır və Ukrayna müdafiəçilərinə hərbi dəstəyi gücləndirmək üçün konkret genişmiqyaslı qərarlar lazımdır”, - Podolyak bildirib