Ukrayna Prezident Ofisi: "Rusiya cəbhəsi ay yarıma dağılacaq"

“Ukrayna Silahlı Qüvvələrinin hərəkətləri Rusiya cəbhəsinin dağılmasına gətirib çıxaracaq. Bu, bir həftə, bir ay və ya ay yarıma baş verə bilər”.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu fikirləri Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak deyib.

Onun sözlərinə görə, artıq hərbi əməliyyatlar intensivləşib: “Cəbhə xətti boyunca bir kilometrdən çox əraziyə nüfuz etmişik”.

M.Podolyak bildirib ki, qarşı tərəfin hərbçilərinin ruhdan düşməsi, daxili münaqişə və “Vaqner” Xüsusi Hərbi Şirkətinin qiyamı əhəmiyyətli məsələlərdir.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları iyunun əvvəlində başlayıb. Son bir həftə ərzində 9 kv. km ərazi azad edilib.