Zelenski Ukraynanın ABŞ kəşfiyyatından heç nəyi gizlətmədiyini bildirib

Bizim Mərkəzi Kəşfiyyat İdarəsindən (MKİ) heç bir gizlinimiz yoxdur.

APA xəbər verir ki, bunu CNN-ə müsahibəsində Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Çünki yaxşı əlaqələrimiz var və kəşfiyyat xidmətlərimiz bir-biri ilə danışır”, - Zelenski əlavə edib.

Ukrayna Prezidenti MKİ rəhbəri Viliam Börns ilə yaxşı münasibətlərinin olduğunu qeyd edib.

“Vəziyyət olduqca sadədir. Bizim MKİ rəhbəri ilə yaxşı əlaqələrimiz var və biz söhbət edirik. Mən ona döyüş meydanında nəyə ehtiyacımız olması ilə bağlı bütün vacib şeyləri dedim”, - Zelenski deyib.