Türkiyə prezidenti: Quranın yandırılması heç bir insani əsasa söykənə bilməz

"İsveçdə Quranın yandırılması heç bir insani əsasa söykənə bilməz. Bu nifrət cinayətinin polisin himayəsi altında törədilməsi çox ağırdır”.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında bildirib.

O qeyd edib ki, İsveç NATO-ya daxil ola bilməsi üçün islamafobiya və terrorizmin təbliğatına icazə verməməlidir. Bundan əlavə, İsveç Türkiyə qarşısında üzərinə götürən bütün digər öhdəlikləri də yerinə yetirməlidir.