Ərdoğan NATO Baş katibini təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səlahiyyət müddətinin uzadılması münasibətilə NATO Baş katibi Yens Stoltenberqi təbrik edib.

APA xəbər verir ki, Türkiyə dövlət başçısı bununla bağlı Tvitterdə paylaşım edib.

“Çətin sınaqlarla qarşı-qarşıya olduğumuz və təhlükəsizlik ehtiyacının yüksək olduğu bir şəraitdə cənab Stoltenberqin səylərinin ittifaqımıza və qlobal sülhə önəmli töhfələr verəcəyinə inanıram”, - o qeyd edib.