Brüsseldə GÖRÜŞ: Sülh sazişi reallığa çevrilir? - ŞƏRH

"Brüsseldəki növbəti görüş sülh sazişinin hazırlanması istiqamətində mühüm addım olacaq".
Bunu Brüsseldə keçiriləcək Azərbaycan, Ermənistan və Avropa İttifaqı Şurasının liderlərinin  görüşünü "Sherg.az"a şərh edərkən millət vəkili Asim Mollazadə deyib.

Parlamentari bildirib ki, Birləşmiş Ştatların dövlət katibi Antoni Blinkenin təklifi ilə Vaşinqtonda sazişi imzalamaq mümkündür:
"Sadəcə Ermənistan rəhbərliyi hər zaman qorxur. İndi də qorxub qaça bilər. Sənəd artıq hazırdır, Ermənistan hakimiyyəti qorxmasa, ciddi addım atmağa hazır olsa, sülh prosesi irəliləyər".