Ukrayna masada - ABŞ-lə Rusiya gizli danışıqlar aparır

ABŞ Ukrayna ilə bağlı Rusiya ilə gizli danışıqlara başlayıb və Donbassda yenidən referendum keçirməyi təklif edib.
ABŞ Ukraynada vəziyyəti nizama salmaq üçün Kremlin yüksək rütbəli nümayəndələri ilə məxfi danışıqlar aparır. Həll yollarından biri kimi, Moskvaya Rusiyanın ilhaq etdiyi ərazilərdə təkrar referendumların keçirilməsi təklif edilib.
Bakupost.az xəbər verir ki, bunu “The Moscow Times”a müzakirələrdə birbaşa iştirak edən keçmiş amerikalı məmur deyib. O bildirib ki, bu danışıqlar üçün hər üç aydan birMoskvaya səfər edir.
Onun sözlərinə görə, ABŞ-da “bir yarım trek” adlandırılan danışıqlar ən azı ayda iki dəfə, bəzən onlayn formatda keçirilir. Danışıqların mövzuları Qərb ölkələrinin rəsmi sərt mövqeyindən çox-çox kənara çıxır.
ABŞ Kremlə Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində sakinlərinin əsl istəklərini - Rusiya Federasiyasının tərkibində yaşamaq istəyib-istəmədiklərini öyrənmək üçün yenidən səsvermə keçirməyi təklif edib.
ABŞ ötən ilin payızında keçirilən və Rusiyanın Ukrayna ərazilərinin ilhaqını elan etməsinə səbəb olan “referendumlar”ı saxta hesab olunur. Lakin Rusiya ikinci səsverməni keçirməkdən imtina edib.