Rusiya təşkilata Ermənistanı qəbul edəndə düşünmürdü ki...  - ŞƏRH

Rusiyanın Baş naziri Mixail Mişustin Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün avqustun 24-25-də Ermənistana səfər edəcək.

Bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Mixail Muşistinin Ermənistana səfərini "Sherg.az"a dəyərləndirən siyasi şərhçi Fuad Abbasov bildirib ki, Hökumətlərarası Şuranın iclasında iştirak etmək Rusiyanın borcudur: 

"Çünki Rusiya bu təşkilatın ən başlıca ölkələrindən biridir. Vaxtilə Şimal qonşumuz təşkilatı yaradıb Ermənistanı ora qəbul edəndə vəziyyətin bugünkü hala gələcəyini düşünməyib. Rusiyanın fikrincə, Serj Sarkisyan, Robert Koçaryon hökümətinin davamı olacaq  və onların irəli sürdüyü namizəd seçkilərdə qalib gələcəkdi. Nikol Paşinyanın apardığı antirusiya və Qərb fəaliyyəti isə Rusiyanın  planlarına daxil deyildi. Amma bu təşkilat mövcuddur. Öz fəaliyyətlərinə davam edir və əməllərinin bir parçası olaraq  Hökumətlərarası Şuranın iclasını İrəvan şəhərində keçirir. Ona görə də Mixail Muşistinin Ermənistana getməyi normaldır. İclasdan sonra alınan qərarlara baxanda Rusiyanın hansısa dəstək axtarıb-axtarmaması sualına cavab verə bilərik".

Ekspert onu da qeyd edib ki, Avrasiya İqtisadi Fondu Avropa birliyi səviyyəsində effektiv təşkilat deyil:

"Sadəcə Rusiyanın bu gün düşmüş olduğu sanksiya vəziyyətində o ölkələrə gətirilən mal və xidmətlərin rahat şəkildə ərazisinə gətirilib, aparılma imkanı yaranıb. Çünki həmin ölkələrə gətirilən malların Rusiyaya salınması üçün heç bir gömrük ödənilmir.  Nəqliyyat logistika xidmətləri göstərildikdən sonra sanki Rusiyaya gətirilmiş kimi təəssürat yaranır. Ona görə Avrasiya Gömrük Birliyi birinci növbədə həmin ölkələrə iqtisadi qazanc verir. Bunların isə başlıca göstəricisi Rusiyadır".