Cənubi Koreya Ukraynaya maliyyə yardımını 8 dəfə artıracaq

Cənubi Koreya Ukraynaya maliyyə yardımını artırıb.

APA "Reuters"ə istinadən xəbər verir ki, Cənubi Koreya 2024-cü ildə Ukraynaya 520 milyard von (394 milyon dollar) maliyyə yardımı edəcəyini açıqlayıb ki, bu da bu ilki miqdardan 8 dəfə çoxdur.

Cənubi Koreyanın 2024-cü il büdcəsinə əsasən, yardım paketinə yenidənqurma üçün 130 milyard von, 260 milyard humanitar yardım və beynəlxalq təşkilatlar vasitəsilə 130 milyard von daxildir.