KİV: "Bayden müharibədən əvvəlki sonuncu görüşdə Zelenskiyə əsəbləşib"

“Ukrayna Prezidenti Volodimir Zelenski müharibə başlamazdan əvvəl ABŞ-a səfəri zamanı ölkə lideri Cozef Bayden ona əsəbləşmişdi”.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə amerikalı jurnalist və yazıçı Franklin Feuer nəşr etdirməyə hazırlaşdığı “Son siyasətçi: Cozef Bayden Ağ Evin içində və Amerikanın gələcəyi uğrunda mübarizə” kitabında yazıb.

Bildirilib ki, Co Bayden Kiyevin NATO-ya qəbul edilməsi ilə bağlı Ukrayna Prezidentinin aqressiv tələblərini eşidəndə qəzəblənib: “Zelenski Ağ Evdə ABŞ Prezidenti ilə görüşməyə uzun müddət can atırdı”.

Qeyd olunub ki, Bayden 2021-ci ilin əvvəlində “Şimal axını 2”ni inşa edən Rusiya şirkətinə qarşı sanksiyaları ləğv etmək qərarına görə Zelenskini zəif siyasətçi hesab edirdi: “Bayden Zelenski ilə görüşə hazırlaşanda onun haqqında yüksək fikirdə deyildi. Həmin görüş zamanı Ukraynanın Alyansa üzvlüyünə kifayət qədər dəstək ifadə olunmayıb”.

Müəllifin yazdığına görə, Rusiya 2014-cü ildən Ukraynada hərbi əməliyyatları qızışdırır və bir çoxlarının fikrincə, genişmiqyaslı işğala hazırlaşır: “Zelenskinin məyusluğu onun düşünmə qabiliyyətinə təsir etdi”.

Vurğulanıb ki, həmin görüş zamanı Baydenin 78, Zelenskinin isə 43 yaşı var idi.

Xatırladaq ki, Zelenskinin ABŞ-a ilk səfəri 2021-ci ilin sentyabrında olub. Ukrayna Prezidenti növbəti dəfə 2022-ci ilin dekabrında Ağ Evdə olub. Zelenski 2023-cü il fevralın 20-də Baydenlə üçüncü dəfə görüşüb.