Ərdoğan beynəlxalq ictimaiyyəti Şimali Kipri tanımağa çağırıb

“Biz beynəlxalq ictimaiyyəti Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanımağa, bu ölkə ilə diplomatik, siyasi və iqtisadi əlaqələr qurmağa dəvət edirik”.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, Türkiyə BMT-nin adadakı Sülh Qüvvələrindən neytrallıq gözləyir.