Azərbaycan və İsveçrənin XİN başçıları son erməni təxribatlarını müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində İsveçrənin xarici işlər naziri İqnatsio Kassislə görüşüb.

“Sherg.az” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi sosial şəbəkədə məlumat yayıb.

“Nazir Bayramov Ceyhun BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində İsveçrənin xarici işlər naziir İqnatsio Kassis ilə görüşərək Azərbaycan-İsveçrə tərəfdaşlığı, regional təhlükəsizlik məsələləri və son erməni hərbi təxribatlarını müzakirə edib”, - xarici siyasət idarəsinin məlumatında bildirilib.