"Ermənistan Suriyaya bənzəyir" - Hacıyev



Ermənistan bir çox halda özünün günahkar olduğu məsələlərin həllini regionda görmür, regiondan kənar qüvvələrin vasitəsi ilə həllinə çalışır.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.


Hikmət Hacıyev deyib ki, bu, region üçün faydalı deyil: “Bəzi tərəflər də özlərinin malik olduqları geosiyasi problemləri regionumuza ixrac etmək istəyirlər. Cənubi Qafqaz regionunda bu məsələlərə ehtiyac yoxdur. Sülh gündəliyi üçün regional problemlərin region çərçivəsində həll olunması çox vacibdir. Azərbaycan bu sülh gündəliyini dəstəkləyir.

Amma son dövrlər Ermənistanda baş verənlər Ermənistanın Suriyaya bənzədiyini deməyə əsas verir”.