Bu, Rusiya-ABŞ savaşına gətirib çıxaracaq - Kelli

Qərbin Ukraynaya yardımının dayandırılması onun məğlubiyyəti ilə nəticələnəcək və bu, bir-iki ildən sonra ABŞ-Rusiya arasında arzuolunmaz birbaşa münaqişə vəziyyətinə gətirib çıxara bilər.

Axar.az xəbər verir ki, bunu amerikalı senator Mark Kelli deyib.

"Dayansa, uduzacaqlar, Putin isə qalib gələcək. Əgər indi öhdəsindən gəlməsək, bir, ya da iki ildən sonra bizimlə ruslar arasında birbaşa qarşıdurmanın mümkün olduğu bir vəziyyətə düşə bilərik. Biz bunu istəmirik", - o bildirib.