ABŞ rəsmiləri bu gün Ermənistana səfər edəcək

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi səlahiyyətlərini icra edən Yuri Kim və USIAD-ın rəhbəri Samanta Pauer bu gün Ermənistana gedəcəklər.

“Report” xəbər verir ki, məlumatı “Reuters” yayıb.

Səfər çərçivəsində ABŞ-Ermənistan əlaqələrinin, Qarabağdakı humanitar vəziyyətin müzakirə ediləcəyi gözlənilir.