Ərdoğan Daşkənddə Şavkat Mirziyoyevlə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə Toplantısında iştirak etmək üçün bu gün Özbəkistanın paytaxtı Daşkəndə gedib.