KİV: “Aİ-nin Ukraynaya dəstəyində çətinliklər var, vədini yerinə yetirməyə bilər”

Avropa İttifaqının (Aİ) Ukraynaya dəstək məsələsində çətinliklər var.

“Report” xəbər verir ki, bu barədə “Blomberg” məlumat yayıb.

Bildirilib ki, Brüssel Ukraynaya artilleriya mərmilərinin tədarükü ilə bağlı problemlər yaşayır: “Görünür, qurum martın sonuna qədər Kiyevə 1 milyon artilleriya mərmisi göndərmək vədini yerinə yetirməyəcək”.

Həmçinin qeyd olunub ki, davamlı yardım vədlərinə baxmayaraq, Aİ müxtəlif maliyyə paketləri üzərində razılığa gəlməkdə çətinlik çəkir: “Bundan başqa, Rusiyaya qarşı sanksiyaların tətbiqi təxirə salınıb”.

Məlumata görə, Ukrayna xarici işlər naziri Dmitro Kuleba Aİ xarici işlər nazirlərinin bu gün Brüsseldə keçiriləcək iclasında bu məsələləri qaldıracaq.