Ermənistan və İran TŞ katibləri iqtisadi məsələləri müzakirə edib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian arasında telefon danışığı olub.
APA xəbər verir ki, bu barədə Armen Qriqoryanın "Facebook" hesabında məlumat verilib.

"Telefon danışığı zamanı biz Ermənistan-İran iqtisadi əlaqələrinin inkişaf perspektivlərini müzakirə etdik", - Qriqoryan bildirib.