XİN: Ermənistan bir neçə aya Aİ ilə viza rejiminin liberallaşdırılması barədə danışıqlara başlayacaq

Avropa İttifaqı (Aİ) ilə viza rejiminin liberallaşdırılması barədə danışıqlar bir neçə aya başlayacaq.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan jurnalistlərə bildirib.
Diplomat qeyd edib ki, İrəvan və Brüssel gələcək müzakirələrin detalları barədə razılığa gələcəklər.