Ermənistan XİN: Azərbaycanla sərhəddə Aİ müşahidəçilərinin sayının artırılmasına dair razılaşma var

Ermənistanda Avropa İttifaqının Monitorinq Missiyasının üzvlərinin sayının artırılması ilə bağlı razılaşma var.
APA xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan Avropa İttifaqının Xarici Əlaqələr Şurasının Ermənistanda yerləşdirilən sərhəd monitorinq missiyasını genişləndirmək qərarını şərh edərkən deyib.

Hovhannisyan bildirib ki, Avropa İttifaqının Ermənistandakı missiyasının (EUMA) genişləndirilməsi uzun müddətdir müzakirə olunur.

"Müşahidəçilərin sayının artırılması, onların potensialının gücləndirilməsi ilə bağlı qərar var ki, bu da monitorinqlə bağlı daha fəal iş aparmağa, Brüsselə və üzv dövlətlərə müvafiq hesabatlar təqdim etməyə imkan verəcək və sərhədlərimizdə sabitliyi daha da gücləndirəcək", - Hovannisyan qeyd edib.