Bolqarıstan xarici işlər naziri Azərbaycana səfər edəcək

Bolqarıstanın xarici işlər naziri Mariya Qabriel Azərbaycana səfər edəcək.
APA xəbər verir ki, xarici işlər naziri yanvar ayında Bakıya səfər edəcək.
O, yanvarın 24-də keçiriləcək Azərbaycan-Bolqarıstan Strateji Dialoqunun 3-cü iclasında iştirak edəcək.