Ersin Tatar: "Azərbaycan qardaşımızdır, əməkdaşlığımız daha da güclənəcək"

“Azərbaycan bizim qardaşımızdır”.
“Report” xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Şimali Kiprin yaranmasının 40-cı ildömümü münasibətilə keçirilən tədbirdə deyib.

O bildirib ki, oktyabrda Azərbaycana səfər edib: “Prezident İlham Əliyevlə görüşdük. İnşallah, Azərbaycanla əməkdaşlığımız daha da güclənəcək. Qarabağ müharibəsində Azərbaycanın yanında olduq. Fürsətdən istifadə edib Qarabağ Zəfəri münasibətilə Azərbaycanı bir daha təbrik edirəm”.