"Yaxşı edirik, KTMT-nin toplantılarına qatılmırıq" - Erməni deputat

"Yaxşı edirik, KTMT-nin toiplantılarına qatılmırıq".
Bakupost.az "Novosti Armeniya"ya istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim partiyadan ola deputatı Qaqik Melkonyan "Ermənistan niyə KTMT-nin toplantılarına qatılmır?" sualına cavab verərəkən bildirib.
"Bu, Ermənistanın KTMT-dən çıxması deməkdirmi" sualına isə Melkonyan belə cavab verib: “Xeyr, biz çıxmırıq”.
Xatırladaq ki, Ermənistan hökumətinin başçısı Nikol Paşinyan dünən Belarus prezidenti Aleksandr Lukaşenko ilə söhbətində KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclasında iştirak etməyəcəyini açıqlamışdı.