Baykardan Qəzzaya 286 milyonluq yardım

Türkiyənin Baykar İdarə Heyəti Qəzzaya 286 milyon lirəlik ianə edib.
Bakupost.az xəbər verir ki, ianə AFAD və Türkiyə Diyanət Vəqfinə (TDV) çatdırılıb.
İanə ilə AFAD və TDV koordinasiyasında Qəzzada yaşayan fələstinlilərə qida, dərman və tibbi dəstək ləvazimatları da daxil olmaqla humanitar yardım materiallarının təcili çatdırılması hədəflənir.
Qeyd edək ki, Bayraktar 20 oktyabrda sosial mediada Qəzzaya kömək üçün hərəkətə keçdiklərini açıqlayıb. Qəzzada baş verənlərin bəşər tarixinin ən ağır faciələrindən biri olduğuna diqqət çəkən Bayraktar, "Səssiz qalmaq, bu qırğınlara tərəf olmaq deməkdir" dedi.
İsrailin dinc sakinlərə və günahsız fələstinlilərə qarşı hərəkətlərini pisləyən Səlcuq Bayraktar beynəlxalq ictimaiyyəti Qəzzada törədilən qırğınların dayandırılması üçün hərəkətə keçməyə çağırıb.