Paşinyan: "Ermənistan KTMT-ni tərk etməyə zəmin hazırlamır"

İrəvan KTMT tədbirlərində iştirak etməməklə qurumdan çıxmaq üçün zəmin hazırlamır.
Bakupost.az TASS-a istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatında deyib.
"Biz müxtəlif səbəblərdən KTMT-nin bu tədbirlərində iştirak etməmək qərarına gəldik. Mən heç nəyə zəmin hazırlamıram, bu zəmin ya var, ya da yoxdur", - deyə o, müxalifətçi deputatın KTMT-dən çıxmağa mümkün hazırlıqlarla bağlı sualını cavablandırıb.
Paşinyan bildirib ki, KTMT Ermənistanda öz məsuliyyət sahəsini müəyyən etməkdən imtina edir.