Yaşar Güler: Azərbaycanla Ermənistan arasında daimi sülhün bərqərar olması üçün yeni imkan açılıb

Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olması üçün yeni imkan açılıb.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barərə Türkiyə milli müdafiə naziri Yaşar Güler TBMM-də çıxışı zamanı bildirib.
O, Ermənistanın bu məsələ ilə bağlı düzgün addımlar atacağına ümid etdiyini qeyd edib:
“İndiyə qədər olduğu kimi, bundan sonra da “iki dövlət, bir millət” anlayışı ilə Azərbaycanın yanında olacağıq”.