Paşinyandan sensasion etiraf: Qarabağı 1996-cı ildə itirdik, çünki…

“1996-cı ilin dekabrında ATƏT-in Lissabonda keçirilən Zirvə toplantısından sonra Qarabağla bağlı istəklərimizin reallaşması artıq mümkün deyildi”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O, məsələ ilə bağlı keçirilən müzakirələrdə Ermənistanı ruhlandıran tərəflərin bir məqsədi olduğunu bildirib:
“Onlar Ermənistan dövlətinin inkişafına mane olmağa çalışırdılar. Qarabağ məsələsi bunun üçün bir vasitə idi. Ermənistanla bağlı məsələni istədikləri kimi həll etməyənə kimi Qarabağ mövzusunun həllinə imkan vermirdilər. Deyirdilər ki, məsələ həll olunacağı zaman Ermənistan de-fakto və de-yure müstəqil dövlət kimi mövcudluğunu itirəcək. Bu səbəbdən 1996-cı ildən sonra bu, Qarabağ deyil, Ermənistan məsələsinə çevrildi. Lakin indi ölkədə əsaslı düşüncə dəyişikliyi var. “Sovet vətənpərvərlik” modelini əvəz edəcək “dövlət vətənpərvərlik” modeli gəlir”.