"Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyasının bir iclasından nəticə gözləmək doğru olmaz".
"Sherg.az" xəbər verir ki, bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Ekspert bildirib ki, ancaq bu, fərqli maraqları olan müxtəlif vasitəçi dövlətlərdə keçirilən müzakirələrdən daha faydalıdır:
"İl bitmək üzrədir. Vasitəçilərin iştirakı ilə keçirilən görüşlərdən nəticə çıxmadı. Danışıqların Vaşinqton, Brüssel və Moskva formatı Minsk qrupu həmsədrlərini xatırlatmağa başlayıb. Bu gedişat nəticə verməyəcək. Birbaşa danışıqlara və müzakirələrə hədəflənmək lazımdır. İki ölkənin birgə İşçi qrupunun formalaşmasına ehtiyac var".