Mirzoyan Blinkendən sonra Kemeronla da görüşdü

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Böyük Britaniyadan olan həmkarı Devid Kemeronla görüşüb.
Axar.az xəbər verir ki, erməni nazir bu barədə özünün X hesabında yazıb.
Görüşün Şimali Makedoniyanın Skopye şəhərində ATƏT-in Nazirlər Şurasının 30-cu iclası çərçivəsində keçirildiyi qeyd olunub.
"Devid Kameronla ikitərəfli münasibətlərimiz barəsində fikir mübadiləsi apardıq, yeni başladığımız strateji dialoqu müzakirə etdik. Regional mövzulara, Cənubi Qafqazdakı hadisələrə toxunduq", - o yazıb.
Qeyd edək ki, A. Mirzoyan daha əvvəl ABŞ dövlət katibi Entonu Blinkenlə görüşmüşdü.
Əlavə edək ki, ATƏT-in Nazirlər Şurasının 30-cu iclası 30 noyabr - 1 dekabr tarixlərində Şimali Makedoniyanın Skopye şəhərində baş tutacaq.