"Azərbaycanlılar Ermənistana qayıtsa, azlıqda qalacağıq" - Erməni ekspert

"Ermənistan azərbaycanlıların Ermənistan Respublikasında təhlükəsiz yaşaması üçün təminat verə bilər. Digər sual isə bunun ölkənin təhlükəsizliyinə necə təsir edə biləcəyidir".
Bakupost.az "Novosti Armeniya"ya istinadən xəbər verir ki, bunu mətbuat konfransında beynəlxalq hüquq eksperti Siranuş Saakyan vaxtilə Ermənistanda yaşamış azərbaycanlıların geri qaytarılmasının mümkünlüyü ilə bağlı Azərbaycanda gedən müzakirələrlə bağlı sualı cavablandırarkən deyib.
O deyib ki, guya Ermənistanda nifrət siyasəti yoxdur və ermənilər əcnəbilərə, o cümlədən Azərbaycandan olanlara tolerant yanaşır:
"Ermənistanda azərbaycanlıların həyatı təhlükə altında deyil. Amma bu məsələni müzakirə edərkən, ermənilərin Azərbaycanda, ilk növbədə, öz tarixi vətənləri ərazisində təhlükəsizliyi məsələsini xatırlamaq lazımdır. Əgər Azərbaycan hakimiyyəti bunu etmədisə, o zaman Ermənistan hansı prinsip əsasında sərhədlərini azərbaycanlıların üzünə açmağa başlayacaq? Həm də bunun ciddi nəticələri ola bilər. Xüsusən də sərhədlərimizlə bağlı iddialar var”, - deyə erməni ekspert bildirib.
O qeyd edib ki, Ermənistan hakimiyyətinin bu cür yanaşmanın risklərini hesabladığına şübhə edir.
Saakyan xatırladıb ki, azərbaycanlıların kütləvi şəkildə gəlişi demoqrafik nəticələrə gətirib çıxara bilər:
"Biz öz vətənimizdə azlıqda qala bilərik. Azərbaycanlılar siyasi təsirlər də göstərə bilərlər. Hakimiyyət bunları nəzə almalı, dövlətçilik üçün riskləri aradan qaldırmalıdır".