Ceyhun Bayramov NATO nümayəndəsi ilə regional məsələləri müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Xarici İşlər Nazirləri Şurasının Skopyedə keçirilən 30-cu iclası çərçivəsində NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşüb
"Report" xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.
Bildirilib ki, Azərbaycan ilə NATO arasında mövcud əməkdaşlıq, o cümlədən regional və beynəlxalq məsələlər müzakirə edilib.