Rusiya XİN: Xüsusi əməliyyatın məqsədlərinə yenidən baxmaq üçün heç bir səbəb yoxdur

Rəsmi Moskva Kiyevdən, onu dəstəkləyən ölkələrdən də sülh danışıqları ilə bağlı siqnal görmədiyini açıqlayıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Skopyedə ATƏT Nazirlər Şurasının iclasının yekunlarına dair mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Rusiya nə Kiyevdən, nə də onu dəstəkləyən ölkələrdən siyasi nizamlanmaya hazır olmaq barədə siqnal görür.
Lavrov onu da qeyd edib ki, Rusiya xüsusi əməliyyatın məqsədlərinə yenidən baxmaq üçün heç bir səbəb görmür.