Türkiyə Prezidenti və Qətər Əmiri arasında danışıqlar olub

Dohaya səfərə gedən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Tani ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.

Türkiyə lideri Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin 9-cu iclasında iştirak edəcək.