Lavrov “3+3” platformasının perspektivli olduğunu bildirib

Rusiya ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla görüşü zamanı bildirib.

O, iki ölkənin iqtisadi sahədə qarşılıqlı fəaliyyətlə əlaqədar bir sıra iri layihələr, o cümlədən “Şimal-Cənub” beynəlxalq dəhlizi çərçivəsində əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Rusiyalı nazir Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “3+3” platformasının perspektivli olduğunu qeyd edib.