Xəzəryanı ölkələrin XİN başçılarının növbəti görüşü keçiriləcək

Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin növbəti görüşü Türkmənistan paytaxtı Aşqabadda keçiriləcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Xəzəryanı ölkələrin XİN başçılarının dekabrın 5-də Moskvada keçirilən toplantısının yekunlarına dair birgə qəbul olunmuş bəyanatda bildirilib.

"Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin növbəti görüşü 2024-cü ildə Türkmənistanda baş tutacaq", deyə bəyanatda qeyd olunub.