Analitik: "Ermənistan rəsmiləri tülkülük edirlər"

Vasif Əfəndiyev: "Sülh istəyən ölkə qonşusuna qarşı silahlanmaz".

"Ermənistan tərəfi hətta sadəcə onu qane edəcək şərtlərlə belə sülhə hazır deyil"


"Ermənistan parlamentinin sədri Alen Simonyanın 5-10 gün ərzində sülh sazişinin imzalana biləcəyi ehtimalını irəli sürməsi beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi güdür".
Bu barədə "Sherg.az"a açıqlamasında Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib. 
Ekspert bildirib ki, ərazi bütövlüyünün tam bərpasından sonra Azərbaycan tərəfi Ermənistanla sülh sazişinin bağlanmasına dəfələrlə cəhd göstərsə də, istəyimiz reallaşmayıb: 
"Hələ ATƏT-in keçmiş Minsk qrupunun moderatorluğu ilə 30 il davam edən danışıqlarda tərəflər əvvəlcədən razılaşdırılmış hansısa həll paketini imzalamaq ərəfəsində olduqda belə Ermənistan müxtəlif bəhanələrlə sazişin imzalanmasına mane olub. İndi də eyni senari üzrə fəaliyyətlərini davam etdirilər. "Yalançının evi yandı, heç kim ona inanmadı” atalar məsəli Ermənistanın boyuna biçilib. Ermənistan rəsmilərinin vaxtaşırı qəlblərində "sülh yanğısı" notları ilə bəyanatlar verməsi tülkülükdən başqa bir şey deyil. Sülh istəyən ölkə qonşusuna qarşı silahlanmaz və ərazi iddiasında olmaz. Fransadan müasir silahlar alan Ermənistan məlumdur ki, o silahları bizə qarşı işlətmək üçün əldə edir. Eyni zamanda əsgər və zabit heyəti Fransada xüsusi təlinlər keçirlər".

V.Əfəndiyev vurğulayıb ki, Ermənistan tərəfi hətta sadəcə onu qane edəcək şərtlərlə belə sülhə hazır deyil: 
"Bundan ötrü ilk növbədə Ermənistan konstitusiya dəyişikiliyə gedərək qonşu dövlətlərə ərazi iddasını şərtləndirən maddələrdən qurtulmalıdır. Uzun illər yalan üzərində qurulmuş saxta soyqırım iddasından rəsmən əl çəkməlidir. Nəhayət, Ermənistanın gələcəkdə təcavüzkar siyasət aparmayacağını qarantiyaya alan delimitasiya və denasifikasiya edilməlidir. Yalnız bundan sonra imzalanacaq sülh sazişini etibarlı hesab etmək olar".