Azərbaycan və Ermənistan XİN başçılarının Brüsseldə ikitərəfli görüşü nəzərdə tutulmayıb

Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli görüş nəzərdə tutulmayıb.
Bunu APA-nın sorğusuna cavab olaraq, Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
Ayxan Hacızadə bildirib ki, nazir Ceyhun Bayramovun Aİ Şərq Tərəfdaşlığı çərçivəsində XİN başçılarının görüşü çərçivəsində ermənistanlı həmkarı ilə ikitərəfli görüşü nəzərdə tutulmayıb.