Hadija Labib: Belçika Azərbaycan-Ermənistan sülh prosesinə töhfə verir

Azərbaycanlı həmkarımla danışmaqdan məmnunam.

APA xəbər verir ki, bu barədə Belçikanın xarici işlər naziri Hadija Labib Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü barədə "X" hesabındakı paylaşımında bildirib.

Nazir bildirib ki, Belçika Azərbaycanla Ermənistan arasındakı sülh və hərtərəfli nizamlanma səylərini qətiyyətlə dəstəkləyir, regionda sabitliyə töhfə verir.

Görüşdə həmçinin Aİ-Azərbaycan münasibətləri və ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi yolları müzakirə olunub.