İrəvan özünü adekvat aparmır

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;


Ermənistan tərəfi Vaşinqton, yaxud Brüssel görüşlərində israr edərək bölgədəki geosiyasi mübarizəni daha da gücləndirməyə çalışır


  Azərbaycan və Ermənistan arasında sülh danışıqları, sazişin imzalanması yönündə müzakirələr davam etməkdədir. Əksər ekspertlər 2024-cü il ərzində tərəflər arasında ən azından çərçivə sənədinin imzalana biləcəyini istisna etmirlər. Lakin prosesin kifayət qədər çətin, mürəkkəb olduğunu söyləyənlər, sülhün uzaqda olduğunu düşünənlər də az deyil. Xüsusən, Ermənistan Baş naziri Nikol Paşinyanın sonuncu açıqlamalarını şərh edənlər İrəvanın ziddiyyətli bəyanlarının, qeyri-müəyyən mövqeyinin sülh sənədinin imzalanması yönündə sağlam addımların atılmasına imkan vermədiyini söyləyirlər. Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində toxunduğu məsələlərə lideri olduğu partiyanın toplantısında münasibət bildirib. Birincisi, Paşinyan dəhliz barədə danışarkən deyib ki, Ermənistanın İran kimi eyni şərtlərlə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsini təmin etməyə hazırdır. Bu, hiyləgər açıqlamadır. Yəni Paşinyan demək istəyib ki, İranın sərhəd və gömrük xidməti Naxçıvana keçmək istəyən Azərbaycan vətəndaşlarını yoxlayacaqlarsa, eyni hüquqa Ermənistan da malik olmalıdır. Azərbaycan Zəngəzur dəhlizi uzandığına görə alternativ marşrut olaraq İran variantını seçmək məcburiyyətində qalıb. Prezident İlham Əliyev müsahibəsində açıq deyib ki, Zəngəzur dəhlizi olmasa Ermənistanla heç bir sərhəd məntəqəsi açılmayacaq. Seçim Paşinyanındır. İranla bağlı oxşar tələbimiz yoxdur, əksinə, iki ölkə arasında sərhəd-keçid məntəqələrinin sayı artıb. İkincisi, Paşinyan dövlət başçısı İlham Əliyevin “Azərbaycan Ermənistanın silahlanmasına seyrçi qalmayacaq” açıqlamasına belə münasibət bildirib ki, əgər rəsmi Bakı narahatdırsa, iki ölkə bir-birinin silahlanmasına qarşılıqlı şəkildə nəzarətinə dair saziş imzalasın. Nikol Paşinyan İkinci Qarabağ müharibəsinin nəticəsini unudub. Qalib ölkə ilə məğlub ölkə arasında fərq ondadır ki, ikinci birinciyə şərt diktə edə bilməz. Digər tərəfdən, ölkə rəhbəri İlham Əliyev Ermənistana yalnız hücum xarakterli silah və hərbi texnika almaqla bağlı xəbərdarlıq edib. Ancaq Nikol Paşinyanın açıqlamasından hiss olunur ki, o, İlham Əliyevin hücum xarakterli silahların alınması xəbərdarlığını diqqətə alıb. Üçüncüsü, Nikol Paşinyan çıxışında bəzi xarici və daxili qüvvələrin Ermənistanla Azərbaycan arasında davamlı sülhün bərqərar olmasını istəmədiyini deyib. Paşinyan “daxili qüvvələr” dedikdə “Qarabağ klanını”, “xarici qüvvələr” dedikdə isə yaxın tərəfdaşı Parisi və ya Vaşinqtonu deyil, böyük ehtimalla Moskvadakı dairələri nəzərdə tutub. Paşinyan xarici qüvvələrin iki ölkə arasında sülhün əldə olunmasını istəmədikləri qənaətindədirsə, onda dövlət başçısı İlham Əliyevin “təminatçı dövlətlərə ehtiyac yoxdur” yanaşmasını qəbul etməlidir". Prezidentin “bütün Zəngəzur Azərbaycan ərazisidir və bu, sovet dövründə baş verib. Belə torpaq hədiyyələri illər keçdikcə davam edirdi. Sonuncu torpaq hədiyyəsi 1969-cu ilin may ayında edilmişdir” fikirləri də Paşinyanı qorxudub. “Azərbaycan Ermənistana qarşı ərazi iddiaları irəli sürməyə çalışır və bunu tamamilə qəbuledilməz hesab edirik”, - deyə o bildirib. Paşinyan dəhliz barədə danışarkən deyib ki, Ermənistan İran kimi eyni şərtlərlə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsini təmin etməyə hazırdır. Yəni Paşinyan demək istəyib ki, İranın sərhəd və gömrük xidməti Naxçıvana keçmək istəyən Azərbaycan vətəndaşlarını yoxlayacaqlarsa, eyni hüquqa Ermənistan da malik olmalıdır. 
  Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb ki, Azərbaycan Prezidenti dəfələrlə Paşinyanla Zəngəzur dəhlizi məsələsində razılığa gəldiyini bəyan edib: “Düzdür, Paşinyan və partiyasının üzvləri bunu hər zaman inkar edirlər, amma təbii ki, onlar bunu açıq şəkildə təsdiqləməyəcəklər. Onlar  Qarabağın təhvil verilməsi vədini yerinə yetirdiyi kimi, bunu da yerinə yetirəcəklər. Paşinyan və komandası bu günlərdə bunun üçün zəmin hazırlayır”. Nəşr yazıb ki, Ermənistan Baş naziri Zəngəzur dəhlizini açacaq, “günahkar” da Rusiyanı çıxaracaq. Erməni nəşri Paşinyanın Azərbaycan Prezidentinin təklifinə uyğun olaraq, sülh danışıqlarının vasitəçi olmadan iki ölkə arasında davam etdirilməsinə razı olduğunu da iddia edir: “Paşinyanın niyyətlərini parlamentin sədri Alen Simonyan açıqlayaraq üçüncü dövlətlərin prosesdə iştirakına qarşı çıxıb. O: “Üçüncü dövlət nə deməkdir? Azərbaycan və Ermənistan üzərində təsir rıçaqlarına sahib olmaq. Təbii ki, belə rıçaqlara sahib olmaq istəyən tərəflər “yaxşı vasitəçi” olmaq istərdilər”, - deyə, bildirib”. Nəşr onu da əlavə edib ki, “Vətəndaş Müqaviləsi”nin deputatı Gevorq Papoyan isə jurnalistlərə keçirdiyi brifinqdə Sünikdən (Zəngəzur) keçən yolları idarə etmək Rusiyanın arzularından biri olduğunu söyləyib: “Rusların Sünikə gəlib nəyisə idarə etmələrinin mənası yoxdur, bu, arzudur. 10 noyabr bəyanatının 9-cu bəndi ondan ibarətdir ki, Ermənistan bizim qanunvericiliyə uyğun olaraq yol verməli və verməyə hazırdır”. Ermənistanın müxalif "Ermənistan" fraksiyasından olan deputatı İşxan Saqatelyan Baş nazir N.Paşinyanın "sülh gündəmini" iflasa uğratdığını və ölkəni yeni müharibəyə apardığını iddia edib: "Üç ildir xalqımızı aldadırlar, deyirlər, sülh gətirəcəyik, amma indi deyirlər ki, alınmır, çünki Azərbaycan sülh istəmir. Amma gülməlisi odur ki, sonda Nikol deyir: biz hələ də bu yolla gedəcəyik". 

  Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov "Sherg.aZ"a deyib ki, İrəvan özünü adekvat aparmır. Ekspertin sözlərinə görə, Bakı dəfələrlə Vaşinqton və Brüssel görüşlərinə razılıq verib və Ermənistan tərəfi ilə bir neçə görüşlər keçirilib: 
"Ancaq ortada heç bir nəticə yoxdur. Ona görə də belə görüşlərə ehtiyac duyulmur. Əgər Ermənistan Azərbaycanın tələblərini yerinə yetirərsə, məğlub tərəf kimi sülh danışıqlarının mətni ilə bağlı pozucu fəaliyyətə, cəhdlərə yol verməzsə, o halda görüşlərdən müsbət nəticə gözləməyə dəyər. Həmin görüşün də harada, hansı ölkənin paytaxtında keçirilməsi elə də önəmli rol oynamayacaq. Əsas olan konstruktiv görüşlərin, müzakirələrin baş tutmasıdır. İndiki halda görünən odur ki, Ermənistan tərəfi Vaşinqton, yaxud Brüssel görüşlərində israr edərək bölgədəki geosiyasi mübarizəni daha da gücləndirməyə çalışır. Bu da region dövlətləri və xalqları üçün zərərli təşəbbüsdür". 
  
Politoloq Məhəmməd Əsədullazadə də vurğulayıb ki, Ermənistan İranla Azərbaycan arasında razılaşmanın Zəngəzur yolunda tətbiqini təklif edir. Hesab edir ki, maneəsiz giriş-çıxışın tətbiqi Azərbaycanla Türkiyə arasında hərbi daşımalara gətirib çıxara bilər: 
"Ermənistan Naxçıvana bu yoldan hərbi yüklər daşınmamasını tələb edə bilər. Prinsipcə, bu məsələlər növbəti mərhələdə öz həllini tapa bilər. Həmçinin Türkiyənin Mərkəzi Asiya ilə əlaqələri inkişaf edəcək. Ona görə də Paşinyan Vaşinqton və Parisin təlimatı ilə əldə olunan razılaşmaya getmir. Qeyd edim ki, Azərbaycan Zəngəzur dəhlizində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin nəzarətini də qəbul etmir. Azərbaycan hər bir ölkənin, o cümlədən Ermənistanın nəzarət etməsinə qarşıdır. Ermənistan rəhbərliyi məcbur qalıb sülh müqaviləsinin bağlanması üçün Azərbaycanın təklifi ilə razılaşa bilər. Təbii ki, Zəngəzur yolunda təhlükəsizliyə cavabdeh Rusiya deyil, Ermənistan olacaq. Azərbaycan bu ərazidə Ermənistanın suverenliyini qəbul edir. Prinsipcə, bu məsələlər növbəti mərhələdə öz həllini tapa bilər".