GUAM-ın müşahidə missiyası prezident seçkilərini izləyəcək

GUAM-ın müşahidə missiyası fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək.
Bu barədə Secki-2024.az saytı xəbər verib.
Bildirilib ki, 5 nəfərdən ibarət olacaq nümayəndə heyətinə GUAM-ın Baş katibi Altay Əfəndiyev, Ukrayna Ali Radasının deputatları Svyatoslav Yuraş, Mixail Papiyev, Gürcüstan parlamentinin deputatı David Matikaşvili və GUAM Katibliyinin proqram koordinatoru Teymuraz Kiladze daxildir.
Qeyd edək ki, GUAM-ın müşahidə missiyası səsvermədən sonra seçkinin nəticələrinə dair hesabat yayacaq.