Tofiq Zülfüqarov: İctimaiyyət AŞPA-nın fikrinə heç bir önəm vermir

"Təkcə Avropa Şurası Parlament Asanbleyası (AŞPA) deyil, bir sıra digər beynəlxalq təşkilatlar da hər zaman Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirirlər".
Bu sözləri AŞPA nın Azərbaycanın səsini dondurmaq təşəbbüsü ilə bağlı verdiyi qərar barəsində "Sherg.az"a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.
 O, qeyd edib ki,  ATƏT, AŞPA kimi təşkilatlara vaxtilə böyük ümidlər bəslənilirdi:

 "Amma zaman keçdikcə göründü ki, bu təşkilatların beynəlxalq münasibətlərə təsiri yox dərəcəsindədir. Rusiya-Ukrayna müharibəsi fonunda təşkilatların işə yaramazlığı özünü daha da sübuta yetirir. Ümumiyyətlə bir çox ölkələr öz üzvlüyünü dayandırırlar". 

T. Zülfiqarov AŞPA-nın Azərbaycanla bağlı verdiyi qərarın arxasında, Fransa kimi ölkələrin rəsmi Bakıya qarşı apardığı kampaniyaların dayandığını qeyd edib:
"Bu Azərbaycana qarşı bir növ təzyiq vasitəsidir. Belə qərərların qəbuluna əsas səbəb Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra ilk dəfə prezident seçkilərinin keçirilməsidir. Ona hansısa siyasi ziyan gətirmək üçün məhz bu qərarlar verilir. AŞPA-nın qətnaməsinin Azərbaycana heç bir təsiri olmayacaq. Hazırda ictimaiyyət onlar fikrinə heç bir önəm vermir".