"Başqa ölkədə yaşasaq da, Azərbaycanda baş verənlərə biganə qala bilmərik"
"Prezident seçkiləri mühüm ictimai-siyası hadisədir"
Fevralın7-da keçiriləcək növbədənkənar prezident seçkiləri xaricdə yaşayan soydaşlarmız tərəfindən də müsbət qarşılanıb.
Bu mövzuda Qazaxıstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzləri İttifaqı sədrinin müavini Orxan Əliyev “Sherg.az”a eksklüziv açıqlama verib.
Orxan Əliyev deyib ki, seçki məsələsi Azərbaycanın ictimai-siyasi həyatında hər zaman mühüm hadisə olub. Onun sözlərinə görə, 7 fevralda bütün dünya Azərbaycanda demokratik seçkilərin şahidi olacaq:
"Bu gün Azərbaycan dinamik inkişaf edən və bunu dünyaya göstərən ölkələrdən biridir. Müasir və demokratik ölkə kimi, dünyada Azərbaycana olan maraq günü-gündən artır. Zənnimcə, bu nöqteyi-nəzərə əsaslanaraq, Azərbaycan öz düzgün mövqeyini nümayiş etməli və vətəndaşın səsinin ölkədə gücə və hörmətə sahib olduğunu göstərməlidir. Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı düşməndən azad edərək şanlı Qələbə əldə olunub. Artıq Azərbaycan ərazi bütövlüyü tam təmin olunmuş dövlətdir. Ali Baş Komandan dünya azərbaycanlılarına otuz ildən bəri gözlənilən Qələbə sevincini yaşatdı. Bu sevincə Qazaxıstanda yaşayan soydaşlarımız da qoşulub və biz dövlətimizlə, ordumuzla fəxr edirik. Prezident İlham Əliyev yanvarın 10-da yerli telekanalara müsahibəsində deyib ki, azad edilmiş ərazilərdə və ölkəmizin hər bir yerində prezident seçkiləri birinci seçkilər olmalıdır. Bizi diaspor üzü kimi ən çox sevindirən elə budur. Azərbaycan dövləti suverenliyini tam bərpa etdikdən sonra yeni dövr, yeni missiya başlayıb. Bu gün dünya azərbaycanlıları dövlətimzin müstəqillik həyatında ilk dəfə seçkilərin bütün ərazilərimizdə keçirilməsi ilə qürur duyur".
Diaspor fəalı qeyd edib ki, seçki prosesinin ədalətli, şəffaf və beynəlxalq standartlara uyğun şəkildə keçirilməsi ən vacib məsələdir:
"Bunun üçün də Azərbaycan rəhbəliyi lazımi şəraitin yaradılması istiqamətində bütün tədbirləri həyata keçirib. Xaricdən müşahidələrimizə görə, dövlət tərəfində seçki ilə bağlı münbit şərait yaradılıb. İstər prezidentliyə namizədlərin imzatoplama mərhələsi, istərsə də hazırki təşviqat dövründə biz bunu müşahidə edirik. Maraqlıdır ki, seçkiləri izləmək istəyən yerli və beynəlxalq müşahidəçilərin akkreditasiyadan keçməsi üçün prosedur qaydada şərait yaradılıb. Bütün bunlar o deməkdir ki, müşahidəçilər seçkilərdə fəal iştirak edəcəklər. Bu da çox önəmli məsələdir. Azərbaycan demokratik inkişafa nail olmuş dövlətdir. Artıq ölkəmiz böyük seçki təcrübəsinə malikdir. Müstəqillik əldə etdikdən sonra Azərbaycanda beynəlxalq hüquqa əsaslanan seçki qanunvericiliyi formalaşıb. Bunun əsasında dəfələrlə Azərbaycanda prezident, parlament və bələdiyyə seçkiləri keçirilib. Bu seçkilərin hər biri beynəlxalq və yerli müşahidəçilər tərəfindən izlənilib. Sevindirici haldır ki, müşahidəçilərin əksəriyyəti tərəfindən seçkilərə müsbət rəy verilib. Bütün bunlar Azərbaycanda seçki öncəsi mühitin yaxşı olmasını və seçki günlərində qaydalara riayət olunmasını sübut edir. Kimliyindən və harada yaşamasından asılı olmayaraq hər bir insanın əsas ictimai məsuliyyəti dövlətə və dövlətçiliyə xidmət etməkdir. Biz də başqa ölkədə yaşasaq da, dövlətimizdə baş verən hər hansı hadisəyə biganə qala bilmərik. Bu baxımdan 7 fevralda keçiriləcək prezident seçkiləri də mühüm ictimai-siyası hadisədir. Ümid edirik, seçkilərdə xalqımız öz layiqli liderini seçəcək. Azərbaycan dövləti öz vətəndaşlarına sahib çıxır. Cənab Prezident İlham Əliyev hər zaman xaqlın yanındadır. Bu fəaliyyət hər bir dövlət məmuru üçün örənəkdir.
Xatırladaq ki, Qazaxıstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzləri İttifaqını adından 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanat yayılıb. Bəyanatda qeyd olunub ki, bu gün Azərbaycan müxtəlif ölkələrlər qarşılıqlı strateji əsaslara söykənən əlaqələr qurur: “Biz Qazaxıstan xalqları arasında millətlərarası münasibətlərin və dostluğun möhkəmləndirilməsinə çalışırıq. Eyni zamanda Qazaxıstanda yaşayan azərbaycanlıların etnik-mədəni dəyərlərini təbliğ edirik. Bugünlərdə isə Qazaxıstandakı azərbaycanlıları 7 fevral seçkilərində fəal iştiraka təşviq edirik”. Bütün seçkilərdə vətəndaşların fəal iştirakı onların Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə verdikləri dəyərli töhfədir. Mən 7 fevralda Azərbaycan vətəndaşlarını prezident seçkilərində yaxından iştirak etməyə çağırıram. Qazaxıstandakı soydaşlarımız hər zaman aktiv olublar. Bu baxımdan Qazaxıstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzləri İttifaqı həmişə öndə olub. Hər birimizin burada diaspor məsuliyyəti var. Atılan hər bir addım ayrımçılığa deyil, birliyimizə xidmət etməlidir. Biz öncə düşüncə və ideyalarımızı biləşdirməliyik. Məhz bindan sonra da güclü real birlik nümayiş etdirə bilərik. Xüsusən, azərbaycançılıq ideologiyasını əsas tutaraq planlı şəkildə fəaliyyətimizi davam etdirməliyik".
İsmayıl