Baydenin seçki qaralaması: "Öz gözündəki tiri unudub, başqasında çöp axtaran" Qərb

Son zamanlar ABŞ- də seçkilərlə bağlı qanunsuzluqlar artmaqdadır. Donald Trampa qarşı aparılan qaralama kampaniyası bunun ən bariz nümunələrindən biridir.

Politoloq İlyas Hüseynov Baydenin bu fəaliyyəti ilə bağlı "Sherg.az"a danışarkən bildirib ki, ABŞ da demokratlar hakimiyyətdə qalmaq üçün bütün üsul və vasitələrdən istifadə edirlər:
"Bayden və komandası yaxşı başa düşürlər ki, onların hakimiyyət dövrləri böyük bir fiaskoya düçar oldu. Burada həm qlobal nöqteyi nəzərdən, həm də lokal müstəvidə bir-birini əvəz edən uğursuzluqlardan söhbət gedir. Xüsusilə Rusiya-Ukrayna müharibəsi çərçivəsində Kiyevə edilən yardımların yetərsizliyi, bu fonda Ukraynanın Rusiya qarşısında pis vəziyyətdə qalması Bayden və onun  komandasının ictimai rəydə mənfi nəticələr toplamasına səbəb olub". 

Politoloq bütün bunların təsiri nəticəsində demokratların bir sıra  saxtakarlıqlar etməyə cəhd göstərdiyini vurğulayıb:
"Baydenin həm seçki saxtakarlığı, həm də Donald Trampla bağlı dezinformasiyaların geniş füsət alması ilə bağlı tədbirləri aydın şəkildə müşahidə olunur. Heç şübhə yoxdur ki, Bayden seçki prosesində də inzibatı rıçaqlardan öz xeyrinə istifadə edəcəkdir. Digər tərəfdən seçkilərdə qanunlardan, qanunların aliliyindən  danışan demokratlar bu gün demokratiyanın əks simasına çevrilməkdədirlər. Demokratiya dərsi keçən siyasi qüvvənin özünün bu dərəcədə qanunsuzluqlar edərək onu ayaqlar altına atması olduqca böyük maraq doğurur".