Arutyunyan seçkilərdə iştirak üçün müraciət etdi

Araik Arutyunyan seçkilərdə iştirak üçün müraciət edib.
Sherg.az Musavat.com-a istinadən xəbər verir ki, Qarabağdakı keçmiş separatçı xunta rejiminin keçmiş başçısı, hazırda Bakıda həbsxanada olan Araik Arutyunyan 7 fevral prezident seçkilərində iştirak etmək üçün müvafiq qurumlara yazılı müraciət edib.

Qeyd edək ki, bundan əvvəl onun istintaqla yaxından əməkdaşlıq etdiyi, özünü Azərbaycan vətəndaşı saydığını bildirdiyi və istintaqdan sonra ailəsi ilə birlikdə Azərbaycanda yaşamaq istədiyi haqda dövlət qurumlarına müraciət etdiyi haqda məlumat yayılmışdı.

Mənbə bildirib ki, Araik Arutyunyanın 7 fevral seçkisində iştirak etməsi mümkün deyil. Çünki onun seçkidə səs verməsi üçün Azərbaycan vətəndaşlığı olmalıdır. İndiki halda bu fakt yoxdur.