ŞƏT-in müşahidəçilər missiyası Bakıya gəlib

Azərbaycanda 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərini izləmək üçün Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) müşahidəçilər missiyası Bakıya gəlib.
Müşahidəçilər missiyasına ŞƏT-in Baş katibi Çjan Min başçılıq edir.
Qeyd edək ki, ŞƏT-ə dəvət Azərbaycan Mərkəzi Seçki Komissiyası tərəfindən göndərilib.