Putinin Türkiyə səfərinə ABŞ-dan ilk şərh

 ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Sherg.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri ilə bağlı suala Patel, "Əgər hər hansı bir ölkə Rusiyanın bəzi pis rəftarlarının qarşısını almaqda mənalı bir rol oynaya bilərsə, biz bunu əlbəttə alqışlayarıq" deyə bildirib.
 
Türkiyənin xarici siyasəti ilə bağlı öhdəlikləri şərh etmək istəməyən Patel, "Qara Dəniz Taxıl Təşəbbüsünün müvəffəqiyyətinə Türkiyənin təsiri" mövzusuna da toxunub.

"Biz Ukrayna taxılının getməli olduğu yerə çatmasının və bu sahədə etibarlı irəliləyişin əldə olunmasının kritik əhəmiyyətini hiss etməyə davam edirik. Bu, əlbəttə ki, alqışlanır", - Patel bildirib. 

Kremlin xarici siyasət müşaviri Yuri Uşakov yanvarın 29-da verdiyi açıqlamada Putinin fevralda Türkiyəyə səfəri üçün hazırlıqların getdiyini bildirib.