Prezident seçkilərini 760 beynəlxalq müşahidəçi izləyəcək

Seçkilərin keçirilməsində əsas tələblərdən biri şəffaflığın təmin edilməsidir.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən mətbuat konfransında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, 90 272 müşahidəçi qeydə alınıb: “Onlardan 760 nəfəri beynəlxalq müşahidəçilərdir. Onların hamısı mötəbər təşkilatlardandır. Artıq tam tərkibdə müşahidəçilər burdadır. 266 nəfər ATƏT-dən olan müşahidəçi var. MDB və digər qurumlardan da müşahidəçilərimiz var. TÜRKPA nümayəndələri də burada iştirak edir.".