MDB PA müşahidəçilər qrupunun rəhbəri: Yüksək səviyyəli seçki prosesi təşkil edilib

“Biz seçkinin başlamasından xeyli qabaq məntəqələrə gəlmişdik, lakin xalq artıq məntəqələrin qarşısında yığışıb, saat səkkizin olmasını gözləyirdi”.
Bunu MDB ölkələrinin Parlamentlərarası Assambleyasını təmsil edən beynəlxalq müşahidəçilər qrupunun rəhbəri Jakip Asanov deyib.

“Bizim qrupda 38 müşahidəçi yer alır. Bu müşahidəçilər öz sahələrinin peşəkarları, senatorlar, deputatlar, ekspertlər, MDB ölkələrinin Parlamentlərarası Assambleyasının katibləridir. Biz 6 ölkəni təmsil edirik. Bu qrup seçki hazırlığı prosesini həyata keçirən əsas müşahidəedici missiyalardan biridir. Əslində biz öz fəaliyyətimizə ötən ilin 18 dekabrından başlamışıq. MDB ölkələrinin Parlamentlərarası Assambleyası Azərbaycan qanunvericiliyinin beynəlxalq standartlara, insan haqları konvensiyalarına, BMT sənədlərinə, beynəlxalq paktlara hansı dərəcədə uyğun gəldiyini analiz edib”, - Jakip Asanov bildirib.

O deyib ki, bununla paralel olaraq seçkilərə hazırlıq prosesinin necə getdiyini müşahidə ediblər: “Eyni zamanda, seçici qərargahlarında görüşlər keçirmişik, prezidentliyə namizədlərlə, dövlət orqanları ilə görüşlər keçirib məsləhətlərimizi vermişik. Bugünkü seçkilərə gəldikdə isə bizim qrupumuzun hər bir namizədi gün ərzində məntəqələrə baş çəkəcək, orta hesabla hər bir müşahidəçimiz 10-15 məntəqədə olacaq. Mən onu demək istəyirəm ki, məntəqənin açılmasına qədər biz yoxlama aparmışıq, məntəqə nümayəndələri ilə danışmışıq. Hiss olunur ki, Mərkəzi Seçki Komissiyası, Mərkəzi Seçki Dairələri böyük təşkilatçılıq işləri həyata keçiriblər. Nəticədə bu cür yüksək səviyyəli seçki prosesi təşkil edilib”.