İlk dəfədir ki, Azərbaycandayam. Bu saatadək olduğumuz məntəqələrdə seçkilərin şəffaf keçdiyini müşahidə etmişik.
Bunu İtaliya parlamentinin nümayəndəsi Giuseppa Andrea Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə əlaqədar danışarkən deyib.
O qeyd edib ki, İtaliya ilə müqayisədə Azərbaycanda seçki fəallığı daha yüksəkdir.
"Bu, çox sevindiricidir. Bu saatadək artıq 9 məntəqədə müşahidə aparmışıq, hər hansı pozuntu və qanunsuzluq qeydə alınmayıb", - deyə o əlavə edib.